Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 613 milyon 781 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 12,5% və ya 68 milyon 385 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 167 milyon 68 min manat və ya 35,1% artaraq 643 milyon 374 min manata çatıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 545,4 milyon manata, ödənişlər isə 476,3 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
