"Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və idarə edilməsi" layihəsi çərçivəsində konsaltinq xidməti | Banco.az

"Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və idarə edilməsi" layihəsi çərçivəsində konsaltinq xidməti

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən icra olunan “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin təlimləri sona çatdı. Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının nəzərdə tutulduğu layihənin təlimlərinin sonunda 1 aylıq risk menecment sahəsi üzrə məsləhət xidmətlərinin göstərilməsi üçün sessiyalarda aktiv formada iştirak edən 2 sahibkarlıq subyekti seçildi. Hazırda seçilən namizədlərə ARPA tərəfindən konsaltinq xidmətlərinin göstərilməsinə başlanılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KOBİA-nın birgə dəstəyi ilə ARPA tərəfindən icra olunan layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et