Tamara Mustafayeva, Banco.az
Sahibkarların çoxu fəaliyyətlərinin birinci ili məşğul olduqları işdən əl çəkmək fikrinə düşürlər. Bəs nə üçün? Sözün düzü, sahibkarlıq olduqca çətindir və bir neçə ay ərzində varlanmağınız, ən yeni model maşın almağınız mümkün deyil.
Elə isə gəlin sahibkarlığın ilk illərində qarşılaşacağınız çətinliklərlə mübarizə aparmağın yolları ilə tanış olaq:
1. Diqqətinizi hədəfinizdən ayırmayın
Əgər hədəflərinizi bilmirsinizsə, müəyyən bir hədəfiniz yoxdursa və ya hədəflərinizi dəqiq ifadə edə bilmirsinizsə sizi çətinliklər gözləyir.
Çünki hədəfləriniz yoxdursa müvəffəqiyyət əldə edə bilməzsiniz. Bəs yaxşı hədəf nədir?
- İnandığınız bir şey olmalıdır
- Mübarizə aparacağınız bir “səbəb” olmalıdır
- İnsanlara faydalı olmalıdır
- Hər gün çalışmağınıza dəyən bir şey olmalıdır
- Tamamilə əlçatan bir şey olmalıdır
- Sayabiləcəyiniz və ya ölçəbiləcəyiniz bir şey olmalıdır
Hədəflərinizi yazın. Yazdıqlarınıza hər gün baxın. Yüksək səslə oxuyun. Bu sizə güc verəcək.
2. İcra etdiyiniz işə inanın
Yəqin ki, siz Elon Musk kimi “Xəyallarımı gerçəkləşdirə bilməməkdənsə ölməyi seçərəm” deyən insanlar görmüsünüz. Ya da bütün gecəni işləyən, ofisdə gecələyən və vaxt tapa bilmədikləri üçün adətən çöldə yemək yeyən iddialı sahibkarlar haqqında eşitmisiniz. Bunlar sağlam həyat tərzinə zidd vərdişlər olsa da, sahibkarların göstərəcəyi fədakarlıqlardandır.
Bəs işinə bu dərəcədə bağlı olmağın sirri nədir? Əlbəttə ki, məhz işinə ürəkdən inanmaq.
3. Köməkləri qəbul edin
Bir çox insan yeni bir yola çıxdıqda sevgi və dəstəyə ehtiyac duyar. Sahibkarlar da həmçinin. Sizi irəliyə aparan, cəsarətləndirən və motivasiya edən dəstəkləyici insanların əhatəsində olun və onların sizə köməklik göstərməsinə icazə verin.
4. Riskləri sevin
Risk sizi həmişə izləyəcəkdir. Əsl risk bir işə başlamağa qərar vermək deyil. Bunu hamı edə bilər. Əsl risk işə başladıqdan sonra hər gün daha böyük və daha çox risk almaqdır.
5. Narahatlığa öyrəşin
İstər fiziki sağlamlığınızla bağlı, istər stresslə bağlı olsun hər zaman rahat olmağınız mümkün deyil. Narahatlığa öyrəşməyin qısa yolu olmadığı üçün, ən yaxşısı buna yavaş-yavaş öyrəşməyə çalışın.
6. Sadə həyat tərzi yaşamağı öyrənin
Sahibkarlar rahat yaşamazdan əvvəl sadə bir həyat tərzi keçirməlidirlər. Hazırda çox varlı olan bir çox sahibkar bir vaxtlar evsiz idi və ya uğurlu olmadan öncə az gəlirli işlərdə çalışırdılar.
Məsələn, Chris Gardner işini böyütməzdən öncə az yaşlı oğluna baxmalı olan bir ata olaraq küçələrdə yaşamalı olmuşdur. İrəlidə qazanacaqlarınızın başlanğıcda sizi krallar kimi yaşadacağını əsla düşünməyin.
7. Fasilə edin
Ən çox işləyən sahibkarların belə fasilə verməyə ehtiyacı vardır. Özünüzə vaxt ayırmağa çalışın. “Fasilə etmədən çalışmaq işinizi, sağlamlığınızı və əldə etməyə çalışdıqlarınızı təhlükəyə atacaq yalnış vərdişdir.”
8. Yemək yeyin, yatın və idmanla məşğul olun
Əgər sahibkarlıq fəaliyyəti ilə məşğulsunuzsa, çox işləməkdən başqa heç bir şeyə vaxt ayıra bilmirsiniz deməkdir. Lakin, düzgün qidalanmaq, lazımi qədər yatmaq və müəyyən qədər idmanla məşğul olmaq üçün vaxt ayırmalısınız. Bu üç fəaliyyət sizə işinizə davam etmə gücü verəcəkdir.
Bu sağlam həyat tərzinin göstəricilərindən ən az birini tərk etdiyinizdə məhsuldarlığınız azalacaqdır. Formada olmaq uğurlu olmağın açarıdır, bunu unutmayın.
Gecələr yeddi saat yatmaq, təzə ərzaqlar qəbul etmək və ya iki kilometrlik yolda gəzintiyə çıxmaq sizə vaxt itkisi kimi görünə bilər, lakin bunlar əslində sizə vaxt qazandıran vərdişlərdir. Çünki bunlar dayanıqlılıq, dözüm, zehin açıqlığı və uğurlu olmağınız üçün sizə lazimi gücü verəcəkdir.
Həmçinin oxu: Hansı ölkədə ÖZ İŞİNİ QURMAQ daha asandır?
Bizi sosial şəbəkələrdən izləyin!!