Hansı ölkədə ÖZ İŞİNİ QURMAQ daha asandır? | Banco.az

Hansı ölkədə ÖZ İŞİNİ QURMAQ daha asandır?

Yeni bir işə başlamaq sizdən cəsarət, qərarlılıq və cəlbedici bir fikrə sahib olmağı edir və dünyanın hər yerində vəziyyət belədir, lakin bəzi yerlər iş qurma prosesinin nisbətən asan keçməsi üçün daha əlverişli şərait vəd edirlər. Bu hal da, quracağınız müəssisənin müvəffəqiyyət qazanmasını asanlaşdırır.

Qısa bir müddət əvvəl, Amerika jurnallarından biri bütün dünya ölkələri ilə əlaqəli olma, bacarıqlı və təhsilli işçi qüvvəsinin mövcudluğu, inkişaf etmiş infranstruktur, yaxşı təşkil edilmiş hüquqi baza və asan əldə edilə bilən sərmayə kimi bir sıra amilləri əsas götürən əhatəli bir araşdırma aparmış və sahibkarlıq üçün ideal hesab ediləcək ölkələri sıralamışdı.

1. Almaniya

Dünyanın dördüncü, Avropanın isə ən böyük iqtisadiyyatına sahib olan Almaniya, şəffaflığa əsaslanan iş etikası, yüksək səviyyədə təhsilə sahib işçi qüvvəsi və sahibkarlara dəstək olan strategiyaları ilə siyahının zirvəsində yer alır.

Tədbirlərin təşkili ilə məşğul olan “The MICE blog” şirkətini idarə edən və bir müddət əvvəl şirkətini İngiltərədən Almaniyaya köçürən Irina Graf deyir, “İş etikası, qanun və qaydalar baxımından dəyərləndirildikdə, Almaniya iş dünyasında yüksək standartları olan ölkədir”.

Ölkədə qəbul edilən dövlət qərarları da gənc sahibkarların yeni iş qurmalarına imkan yaradır. Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən bir dil məktəbinin qurucusu Guy Arthur bu vəziyyəti belə şərh edir: “Almaniyada yeni bir iş qurmaq olduqca asan idi. Belə ki, sadəcə 20 Avro ilə öz işimi qura bilmişdim. Hökumət işin böyüməsinə nail olmaq üçün tez-tez borc silmə əməliyyatını icra edir, müştərilər isə onlara yüksək keyfiyyətlə xidmət göstərdiyiniz müddətcə müəssisənizə sadiq qalırlar.”

Iqtisadiyyatın nəbzinin tək bir şəhərdə atdığı digər ölkələrdən (məs.İngiltərə) fərqli olaraq Almaniya BerlinFrankfurtMünhenHamburq da daxil olmaqla bir çox şəhərlərdə yerləşən böyük ticarət mərkəzlərinə sahibdir.

İngilis dili Almaniyada əksərən danışılan bir dildir və şirkətlərin əksəriyyəti, əsasən ticarət dili olaraq bu dildən istifadə edirlər ki, bu da çoxmillətli şirkətlər qurmağı və fərqli ölkələrdən istedadlı kadrları şirkətə cəlb etməyi asanlaşdırır.

Almaniyadakı yaradıcı, innovativ ruh, xüsusilə də Berlində həm peşəkar, həm də şəxsi həyata təsir göstərir. Berlinin hər yerində sənət və mədəniyyət öz əksini tapıb. Şəhərə hakim olan bu bədii abu-hava muzey və qaleriyalar, marketlər, kafelər, parklar və festivallarda özünü göstərir.

2. Yaponiya

Yaponiya həm bu dərəcədə ənənəvi və riskdən uzaq bir mədəniyyətə sahib olub, həm də dünyanı dəyişdirən yeniliklərə imza atması ilə iş dünyasında uzun zamandır ki, bir ziddiyət yaşadır. Avstraliya mənşəli olan və mərkəzi ofisini Yaponiyanın Kyoto şəhərinə köçürən turizm şirkəti “PEAK DMC”–nin icraçı direktoru Coanna Krisp vəziyyəti belə şərh edir:

“Faks aləti kimi köhnə texnoloji vasitələr hər yerdə mövcuddur, lakin bizi eyni zamanda son texnoloji nailiyyətlər, müasir robotlar və cihazlar əhatə edir."

Yaponoyadakı bir çox iş adamının fikrincə Yaponiya eyni zamanda böyük mədəniyyət dəyişikliyinin astanasındadır. İnsanlar bir vaxtlar həyat boyu məşğulluq vədiylə böyük transmilli şirkətlərdə işləməyə üstünlük verirdilərsə, bu günün gəncləri isə daha kiçik, daha yenilikçi şirkətlərə meyl edirlər. Krisp keçmişdə mövcud olan maneələrin aradan qaldırıldığını, artıq çoxlu sayda biznes inkişaf mərkəzlərinin olduğunu, yeni sahibkarlıq fəaliyyətinə başlayanlar üçün fonddan daha çox pul ayrıldığını və şirkət işçiləri arasında daha düzgün bir əlaqə şəbəkəsi qurulduğunu bildirir.

İqtisadiyyatın əsas mərkəzi mühacir sayının çox olması səbəbilə xaricilərin peşəkar əlaqələr yaratmasını asanlaşdıran Tokio şəhəridir. Şəhərdə çoxlu sayda insan İngiliscə danışır və hökumət bir tərəfdən də 2020 Olimpiya Oyunlarına hazırlıq üçün İngiliscə danışanların sayını artırmağa istiqamətlənən danışıq kursları təşkil edir. Lakin, bu ölkədə yeni bir iş qurmaq istəyənlər üçün Yapon dilini və ölkənin adət-ənənələrini də öyrənmək olduqca vacibdir.

Yaponiya həmçinin həyat səviyyəsinin yüksək olması, insanların inanclarının müxtəlifliyi və sağlam qidalanmağa xüsusi diqqət göstərilməsi səbəbilə insanların ən uzun yaşadıqları yerlərin başındadır.

3. Amerika Birləşmiş Ştatları

Ən sərfəli kredit üçün müraciət et

Amerika xülyası, yəni Amerikadakı hər kəsin həqiqətən istədikdə nail ola bilməyəcəkləri heç bir şeyin olmaması inancı, ABŞ–ı və orada yaşayan xalqı gözümüzdə fərqli canlandırmağımıza səbəb olur.

Vaşinqton sakini olan və universitetə hazırlıq şirkəti “Transizion”- un qurucusu Cason Patel, “İstədiyimiz şey üçün mübarizə aparmağımıza və daha yaxşı yaşayış tələblərimizə mane olacaq hər kəslə mübariz aparmağa hazırıq” deyir. “Bu asi ruh bizim təbiətimizdə var: Amerika İngilabı Böyük Böhran dövründən başlayıb Amerika ilə Sovet İttifaqı arasında yaranan kosmik təyyarə istehsalına əsaslanan soyuq müharibə “Kosmik Yarış”-ın qazanıldığı günlərə gedib çıxır. Bu müddət ərzində ağlasığmaz olan bir çox icadlar edilir. Biz xəyallarını gerçəkləşdirmək üçün həyatlarını belə riskə atan bu insanlara dərin hörmət edərək yaşayırıq.”

Digər ölkələrdən fərqli olaraq burada uğursuzluq insanın qisməti olaraq qəbul edilmir, bunun əvəzinə uğursuzluğa yeni bir təcrübə qazanılması kimi baxılır. Mərkəzi ofisi San Fransiskoda yerləşən turizm platforması olan “NexTravel”–ın həmtəsisçisi və CEO-su Wen-Wen Lam Amerikada sahibkarların risk almağa və mövcud vəziyyəti sınaqdan keçirmək üçün təşviq edildiklərini söyləyir.

4. İngiltərə

Keçən il mərkəzi ofisi Londonda yerləşən bir saat şirkəti olan “Oliver Coen”–i quran David Mörfi, “Şirkətimi 12 funt müqabilində “Birləşmiş Krallıq Şirkət Qeydiyyat İdarəsi” də qeydiyyatdan keçirdim. Bank hesabı açmağım isə bir neçə dəqiqə çəkdi” deyir. Hökumət həmçinin dövlət dəstəkli başlanğıc kreditləri və ödənişsiz iş planı şablonları kimi vasitələrlə köməklik göstərir, sahibkarlıq vergilərinə tez və asan şəkildə müraciət edəbilmə imkanı yaradır.

“Əvvəllər vaxta qənaət etmək üçün mühasibatçının əməyindən istifadə etdiyim halda, artıq bu işin özüm edə biləcəyim qədər asan olduğunu gördüm. Sənəd işləri çox sadədir və vergilərin başa düşülməsi heç də çətin məsələ deyil” deyə Kanadalı Lan Wright bildirir.

Bölgə əhalisi də xüsusilə Londonda yeni qurulan müəssisələrin uğurlu olmasında rol oynayır. Belə ki, bu, şirkətə uyğun gələn işçilərin və ya ştatdankənar işçilərin işə alınmasının asan olması və üz-üzə iş iclasları təşkil edə bilməyin rahatlığında özünü göstərir.

Sahibkarlar iş imkanları ilə yanaşı, tarixin və müasirliyin birləşməsinin şahidi ola bildikləri üçün Londonda yaşamağı çox sevirlər. Bölgə əhalisi də dünyanın dörd bir yanından gəlmiş insanların bir arada yaşadığı, beləliklə də həm mətbəx, həm də mədəniyyət baxımından zəngin bir mənzərə yaratdıqları paytaxtın çox mədəniyyətli olmasını sevirlər.

5. İsveçrə

İsveçrə təbii ehtiyatların olduqca azlıq təşkil etməsi səbəbilə iqtisadiyyatını inkişaf etdirmək üçün yeni yollara müraciət edən bir ölkədir. Araşdırma və inkişafa istiqamətlənən əsaslı sərmayə qoyuluşları edir. Qoyulan bu sərmayələrin müsbət nəticə verdiyi görünür və ölkənin bankçılıq və maliyyə sektorunda beynəlxalq liderliyə sahib olduğu nəzərə çarpır.

Son illərdə maliyyə sektorunda birçox yeniliklər müşahidə olunur. Ölkə kriptovalyuta və blokchain şirkətlərinin mərkəzinə çevrilmişdir.

Ölkənin şimalında yerləşən Zuq şəhəri, bölgədəki kriptovalyuta şirkətlərinin çoxluğu səbəbilə “Kripto Vadisi” olaraq adlandırılır. Şəhər bir çox yeni və mərkəzdən uzaq tətbiqlərlə yanaşı bazar dəyəri baxımından “Bitcoin”-nin ardınca ikinci sırada yer alan kriptovalyuta “Ethereum”-un blok zəncir platforması olan “Ethereum Fondu”-na da ev sahibliyi edir.

Mobil Ethereum əməliyyat sistemi “Status”-un əməliyyat mütəxəssisi Nabil Naghdy bu vəziyyəti belə şərh edir: “İsveçrə bir çox kriptovalyuta layihəsinə ev sahibliyi edir, çünki İsveçrənin birtərəf mövqeyi, qətiyyətliliyi və vergi rejimi ölkəni həm kriptovalyutaçılar, həm də digər beynəlxalq qurum və şirkətlər üçün cəlbedici edir.”

İsveçrədə qurulan sahibkarlıq şirkətləri ölkənin coğrafi mövqeyinin üstünlüklərindən də faydalanır. Belə ki, İsveçrənin Avropanın mərkəzində yerləşməsi həm ticarəti, həm də ixtisaslı kadrların tapılmasını asanlaşdırır. Naghdy fərqliliyi, əhalisinin dil axıcılığı və təklif etdiyi yüksək həyat standartları səbəbilə İsveçrənin xarici millətlərin nümayəndələri üçün populyar bir iş yeri olduğunu bildirir.

Ölkədə yaşayış xərclərinin yeni gələnlər üçün başlanğıcda çətinliklər yaratmasına baxmayaraq, təcrübəli sahibkarlar İsveçrə iqtisadiyyatının bir hissəsi olmağın üstünlüklərinin xərcləri qat qat üstələdiyini söyləyirlər.

Həmçinin oxu: Dünya iqtisadiyyatında hansı ölkə ağalıq edir?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et