Sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlıq əlaqələri müzakirə edilib | Banco.az

Sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.

KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışı, bu sahədə quruma daxil olan müraciətlər və keçirilən sorğuların nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda KOB-ların qarşılaşdıqları çətinliklərdən biri də maliyyə mənbələrinə çıxışla bağlıdır. Bu sahədə bir sıra dəstək mexanizmləri olsa da, bunlar sahibkarların maliyyə resurslarına olan ehtiyacının qarşılanması baxımından kifayət deyil. Sahibkarlarla keçirilən görüşlər və aparılan sorğular zamanı biznes subyektləri kredit faizlərinin yüksək olması, regionlarda olan girov təminatının banklar tərəfindən qəbul edilməməsi, nağdlaşdırma əməliyyatları üzrə tutulan faizlərin yüksək olması və s. məsələləri qeyd edirlər. Alternativ maliyyə alətlərindən istifadə səviyyəsi isə qənaətbəxş deyil.

İclasda sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına dair müzakirələr aparılıb, təkliflər dinlənilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et