Sahibkarlarla kredit portfelinin təminatı mexanizminə dair görüş keçirilib | Banco.az

Sahibkarlarla kredit portfelinin təminatı mexanizminə dair görüş keçirilib

İpoteka və Kredit Zəmanət Fondunda “Sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizmi”nə həsr olunmuş daha iki görüş keçirilib.

Bu barədə Fonddan bildirib.

Məlumata görə, Fondla əməkdaşlıq edən müvəkkil bankların 40-a yaxın təmsilçisinin iştirakı ilə keçirilən görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümayiş etdirilib.

Bank əməkdaşları portfel zəmanətinin verilməsi şərtləri, kredit üçün müraciət edən sahibkara qarşı tələblər, sənədləşmə, portfel zəmanətinin verilməsi proseduru və mexanizmin tətbiqi ilə bağlı digər məsələlər barədə məlumatlandırılıb.

Bildirilib ki, biznes subyektlərinin manatla aldıqları kreditlərə Fond tərəfindən portfel təminatının verilməsi bankların girov tələblərini yumşaltmaqla, mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə səbəb olacaq. Mexanizm, həmçinin, sənədləşmə prosesini və maliyyə vəziyyətlərinin təhlilini daha da sadələşdirməklə, kredit qərarlarının daha sürətli verilməsinə imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Portfel təminatı mexanizmindən qeyri-neft sektorunda fəaliyyət göstərən, maliyyə institutu olmayan, mikro və kiçik sahibkarlar faydalana bilərlər. Mexanizm 3 aydan 3 ilə qədər müddətə götürülən, 5 min manatdan 50 min manatadək məbləğdə, illik faiz dərəcəsi 20%-dək olan biznes kreditlərinə şamil edilir. Fond tərəfindən müvəkkil banklara verilən zəmanətin kreditə nisbəti maksimum 60% təşkil edir.

Qeyd edək ki, Fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 26 yanvar 2023-cü il tarixli 2002 saylı Fərmanına əsasən həyata keçirilir.

apa

Ən sərfəli krediti almaq üçün müraciət et