Sahibkarlara bu il 103 milyon manat güzəştli kredit verilib | Banco.az

Sahibkarlara bu il 103 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. Tədbirdə iştirak edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu ilin ötən dövründə ümumi dəyəri 404,8 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 mln. manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 3500-dək yeni iş yerinin açılmasına imkan yaradıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək, həmin kreditlərdən istifadə edilməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq. Ümumilikdə isə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3.500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 mln. manat məbləğində güzəştli kredit verilib.

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et