Sahibkardan banklara nağdsız ödənişlərlə bağlı təklif | Banco.az

Sahibkardan banklara nağdsız ödənişlərlə bağlı təklif

Sahibkar və iş adamı Əlövsət Mazandarov Əli oğlu nağdsız ödənişlərin inkişaf etidirilməsi ilə bağlı banklara təklif edib. Təklifi diqqətinizə çatdırırıq.

İstənilən MMC-nin və ya VÖEN-ə bağlı olan fiziki şəxsin hansısa bir və ya bir neçə bankda hesabı olur. Bankların nağdsız hesablaşmaların sayını artırmaq istədiyi halda şirkətlərə POS terminalları müəyyən minimum dövriyyə limiti və ya aylıq xidmət haqqı əsasında təklif edirlər (POS terminalın müəyyən xərc tələb etdiyi üçün). Bu və digər səbəblərə görə hər şirkətin bankda hesabı olarkən müəssisəsində POS terminalı mövcud olmur.

Müştərinin POS terminal ilə etdiyi ödəniş terminala bağlı olan hesaba oturduğunu nəzərə alaraq belə bir sual yaranır. Şirkətin bankda hesabı, bankın isə applikasiyası olduğu halda nə üçün banklara məxsus applikasiyalarda mövcud olan ödəniş bölmələrində standart olaraq “Mobil Operatorlar”, “İnternet Provayderlər”, “Dövlət ödənişləri”, “Oyunlar” və.s olur? (ən azından bir neçə top bankın applikasiyasında bu belədir)

Təklifə isə Virtual POS da demək olar. Bir halda ki, şirkətlərin bankda hesabı var, o zaman bankın applikasiyasının ödəniş bölməsində xidmətlər, kateqoriya (Restoran, Gözəllik salonu, Təhsil mərkəzi və.s) yaradaraq həmin şirkətin adını logosunu uyğun kateqoriyada yerləşdirmək olar. Bu prosedur POS terminal təminatına nisbətən daha xərcsiz və daha rahat olar. Çünki, müştəri birbaşa olaraq applikasiyadan ödəniş etmə imkanına malik olacaqdır. Belə olan halda isə şifrə unudulması və.s kimi xoşagəlməz hallar olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Banklar isə ödəniş məlumatlarını (Ödəyici adı, soyadı, ata adı, məbləğ, tarix və.s) şirkətlərə api vasitəsi ilə, qarşı tərəfdə api-ın qəbul edilməsi mümkünsüz olduğu halda isə qarşılıqlı razılaşdırılmış mobil nömrəyə sms vasitəsi və ya elektron ünvana email ilə göndərə bilərlər.

Müştərinin qazancı: Xərclərə nəzarət, müxtəlif kartların daşıma məcburiyyətinin olmaması və.s

Şirkət qazancı: Online ödəniş qəbulu imkanı və.s

Bankların qazancı: Dövriyyə artımı, istifadəçi artımı, analiz oluna biləcək kütləvi data və.s

Ən sərfəli krediti almaq üçün müraciət et