Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 194 milyon dollar əməliyyat xərcləri və təxminən 892 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Banco.az xəbər verir ki, bu barədə “BP Azərbaycan”ın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında qeyd edilib.
Məlumata görə, ötən il Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
2023-cü ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!