Sağlam rəqabət aparmaq üçün nə etmək lazımdır? | Banco.az

Sağlam rəqabət aparmaq üçün nə etmək lazımdır?

“Ness Labs”in qurucusu Ann-Laura Le Kanff başqaları ilə rəqabət aparmağın nə qədər təhlükəli olduğunu izah edir. Rəqabət stress doğurur, lakin çoxları onu şəxsi inkişafın lokomotivi hesab edir. Rəqabət atəşi başqaları ilə yarışmaqla zirvəyə yüksələn siyasətçilərə, olimpiya idmançılarına və şahmat çempionlarına müvəffəqiyyət qazandırıb. Ancaq rəqabət etmədən də uğur qazanan insanlar kifayət qədərdir. Əslində xarici rəqabət işimizə dağıdıcı təsir göstərə bilər. Öz-özünlə rəqabətə girmək daha məhsuldardır.

Həmçinin oxu: İş yerindən ayrılmadan şəxsi bacarıqları necə inkişaf etdirmək olar?

Öz reallaşdırılmamış potensialınızla rəqabət aparmaq məqsədəuyğundur. Başqa biri ilə rəqabət etdikdə öz oyununuzu yaratmaq əvəzinə konkret qaydalara əməl edirsiniz. Özünüzə əlavə stress yaradırsınız, digər insanlara məhsuldarlıq göstəricilərinizi təyin etməyə izn verirsiniz. Sizə lazım olan isə bu deyil.

Məşhur amerikalı repçi və prodüser Kanye Uest müsahibəsində deyib:

“Söhbət rəqabətdən getmir, özünlə yarışmaqdan gedir. Elə buna görə video oyunlar arasında döyüş oyunlarını (fighting) deyil, yarışları (race) xoşlayıram. Döyüş oyunlarında başqasını məğlub edərək qalib gəlirsən. Yarışlarda isə texnika və mümkün qədər sürətlə sürmək bacarığı vacibdir”.

Siz özünüzlə rəqabət aparırsınız: qorxularınız, “sabah”a saxlamağınız, qətiyyətsizliyiniz və keçmiş nailiyyətlərinizlə. Əksər insanlar üçün uğur qazanıb-qazanmamağınız əhəmiyyət daşımır. Yalnız özünüzlə rəqabət sizi irəliyə aparacaqdır. Sağlam rəqabətə aparan yol özünlə yarışmaqdan keçir. Bəs bu sağlam rəqabəti necə təşkil edə bilərsiniz? Şəxsiyyətini sevmək və ona inanmaq, dəyərli bir şey üzərində işləmək, idarə və nəzarət edilə bilən nəticələrə çatmaq üçün səy göstərmək, sadə və təkrarlanan hərəkətlərə əsaslanmaq — sizə məhz bunlar lazımdır.

Həmçinin oxu: Uğur qazanmaq üçün milyarderlərdən 4 ən yaxşı MƏSLƏHƏT

Dəyərlərinizi müəyyənləşdirin. Qərar qəbul edərkən daxili dəyərlərinizə güvənə biləcəyinizə inanmalısınız ki, lüzumsuz xarici rəqabətin qarşısını ala biləsiniz. Başqa biri ilə rəqabət edərkən o insanın dəyərlərinin sizin hədəfinizi və şəxsi iş anlayışınızı müəyyənləşdirməsinə imkan verirsiniz. Rəqib özünüz olanda isə yalnız şəxsi dəyərlərinizi rəhbər tutursunuz, vəzifələrin öhdəsindən nə dərəcədə yaxşı gəldiyinizi müəyyənləşdirirsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Tərəqqiyönümlü təfəkkürü inkişaf etdirin. Tədqiqatçı Kerol Dvek bu barədə açıqlama verib.

“İnkişaf etməyi fikirləşərkən insanlar əsas qabiliyyətlərini əzm və zəhmətkeşlik hesabına təkmilləşdirə biləcəklərinə inanırlar. Beyin və istedad yalnız başlanğıc nöqtəsidir. Bu nəzər nöqtəsi böyük nailiyyətlər üçün zəruri olan öyrənmək sevgisini və davamlılığı formalaşdırır. Uğursuzluğa prosesin bir hissəsi kimi baxanda keçmiş “sən”lə rəqabət aparmaq asanlaşır. Özünlə rəqabətdə hər uğursuzluq nə isə qazandıran bir təcrübədir”.

Ətrafa — karyera və təhsil cəhətdən bizdən üstün olan insanlara fikir verməmək çox çətindir, lakin son nəticədə keçmiş “mən”lə yarışmaq daha sağlam və məhsuldar rəqabətdir. Uğur qazanmış insanların sırasına qoşulmaq üçün keçmişdəki “mən” indiki rəqibə, gələcəkdəki “mən” isə bənzəmək istədiyimiz qəhrəmana çevrilməlidir.

Həmçinin oxu: Sosial intellektinizi inkişaf etdirmək üçün nələri etməlisiniz? 

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram