Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.
Martın 20-si və 21-i ölkəmizdə Novruz bayramıdır.
Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. İş və istirahət günlərinin ardıcıl olmasının təmin edilməsi məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş günləridir. Növbəti iş günü martın 29-dur.
Xoş istirahətlər!!!