Müəllif: Tamara Mustafayeva, Banco.az
İpoteka Bankları Assosiasiyası (MBA) 28 noyabrda başa çatan həftəyə dair ipoteka (əmlak krediti) məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, buna əsasən, mənzil alışı üçün edilən ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 2,5 faiz artıb. Bu göstərici 2023-cü ilin əvvəllərindən bəri qeydə alınan ən yüksək səviyyə olub.
ABŞ-da 30 illik ipoteka kreditləri üçün orta faiz dərəcəsi 6,23 faizdən 6,19 faizə enib. Bu, oktyabr ayının sonundan bəri müşahidə edilən ən aşağı səviyyədir. Ötən il isə orta faiz dərəcəsi 6,69 faiz səviyyəsində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!
