Rusiyaya idxal edilən spirtin qiyməti bahalaşır | Banco.az

Rusiyaya idxal edilən spirtin qiyməti bahalaşır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiyaya xaricdən gətirilən spirtin qiyməti bahalaşa bilər.

Məlumata görə, Rusiyaya xaricdən gətirilən alkoqolun qiymətləri, markalanma ölkəsinin dəyişdirilməsi ilə əlaqədar 30%-ə qədər arta bilər. Azərbaycan da Rusiyaya alkoqol ixrac edən ölkələr sırasındadır:

Banco.az xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Rusiyaya ixrac etdiyi alkoqollu içkilərin həcmini 10 dəfədən çox artırıb.

Ölkədən şimal qonşuya ümumilikdə 10.59 milyon dollar həcmində alkoqollu içki ixrac edilib. 2023-cü ilin yanvar-iyul aylarında ölkədə 733,5 min dekalitr araq, 3 milyon 225,4 min dekalitr pivə istehsal olunub ki, illik müqayisədə araq istehsalı 9,4 faiz, pivə istehsalı 14 faiz artıb.2023-cü ilin birinci yarısında Azərbaycandan Rusiyaya ümumilikdə 6 milyon 342 min dollar dəyərində alkoqollu içkilər ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Bu ilin 6 ayında ümumilikdə ölkəmizdən 247,3 min dekalitr həcmində alkoqollu içkilər Rusiyaya göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycandan 126,45 min dekalitr həcmində tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərabları Rusiyaya ixrac edilib ki, bunun da dəyəri 2 milyon 518,42 min dollardır. 2023-cü ilin birinci yarısında ölkəmizdən Rusiyaya 2 milyon 425,6 min dollar dəyərində 70,94 min dekalitr həcmində viski ixrac edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram