Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarına görə, 2017-ci illə müqayisədə keçən il ölkənin ixracı 25,6 faiz artaraq 452,1 milyard dollar, idxalı da 5,1 faiz artımla 240,5 milyard dollar təşkil edib.
Həmin dövrdə Rusiyanın cəmi ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 17,6 faiz artaraq 692,6 milyard dollara yüksəlib, xarici ticarət artıqlığı (profisit) 62%-lik artımla 211,6 milyard dollar olub.
Rusiya, keçən il ixracatının 87,9%-ni Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmayan ölkələrə, idxalının da 89%-ni MDB-yə üzv olmayan ölkələrdən edib.
Dünyanın ən böyük neft və qaz ixracatçılarından biri olan Rusiyanın ixracında yanacaq və enerji məhsullarının payı isə 2018-də 2017-ci illə müqayisədə artaraq 59,3%-dən 63,7%-ə qalxıb.
Rusiya Federal Gömrük Xidmətindən, ölkənin xarici ticarət artıqlığı 2017-ci ildə 2016-cı illə müqayisədə 25,5% artaraq 130,6 milyard dollara yüksəldiyi bildirilmişdi.
marja