Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi | Banco.az

Rusiyanın qızıl gəlirləri qaz gəlirlərini üstələdi

Bu ilin II rübündə Rusiyanın qızıl ixracından gəlirləri təbii qaz ixracından gəlirlərini üstələyib. 

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin və Rusiya Bankının (Mərkəzi Bank) açıqlamasında bildirilir. 

Məlumata görə, təkcə aprel-may aylarında Rusiya şirkətləri 65,4 ton qızıl ixrac ediblər ki, bunun da ümumi dəyəri 3,55 milyard ABŞ dolları təşkil edib. Bütün rüb ərzində qonşu ölkənin "mavi yanacaq" ixracından gəlirləri isə 3,5 milyard ABŞ dolları olub. Bu da 1992-ci ildən bəri ən aşağı rüblük göstəricidir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et