Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri azalıb | Banco.az

Rusiyanın neft və qaz ixracı üzrə gəlirləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın neft və qaz ixracından əldə olunan gəlirləri azalıb.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin bəyanatında iyun ayında neft və təbii qaz ixracı üzrə nəzərdə tutulan gəlirin gözləniləndən 44 milyard rubl az olacağı bildirilib.

Bəyanatda həmçinin ölkənin may ayında neft və təbii qaz ixracat gəlirlərinin əvvəlki ilin eyni dövrünə nəzərən 36 faiz azalaraq 570,7 milyard rubl olduğu qeyd edilib. Bu göstərici aprel ayı ilə müqayisədə isə 12 faiz azalma deməkdir.

Xatırladılıb ki, ötən il Rusiyanın dövlət büdcəsi sanksiyalara görə 3,3 trilyon rubl kəsir verib ki, Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün öz ehtiyatlarından yuan və qızıl satışı həyata keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et