Rusiyanın neft ixracında müharibə başlayandan bəri ən kəskin azalma qeydə alınıb | Banco.az

Rusiyanın neft ixracında müharibə başlayandan bəri ən kəskin azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın dəniz yolu ilə xam neft ixracı iyulun 7-si başa çatan həftədə 18,7 milyon barel olaraq qeydə alınıb.

Banco.az xəbər verir ki, Rusiyanın həftəlik xam neft ixracında iyulun 7-nə qədərki yeddi gün ərzində 2022-ci ildə Ukraynanın işğalından bəri ən kəskin azalma müşahidə olunub.

Daha stabil olan dörd həftəlik ortalama isə fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.

Qeyd edək ki, daşınmaların azalmasına aydın səbəb kimi bazarlarda diqqət çəkən heç bir əlamət yoxdur. Yükləmə cədvəllərində texniki xidmət işlərini göstərən heç bir qeyd, gəmilərin yanalma və ya yüklənməsinə təsir edən əlverişsiz hava şəraiti də olmayıb. Bununla belə, Baltik, Qara dəniz və Sakit Okean ölkələrindən daşımaların əvvəlki həftə ilə müqayisədə azaldığı müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

"Bloomberg" nəşrinin xəbərinə görə, mümkün senarilərə Rusiyanın OPEC+ hasilat hədəfinə əməl etməsi halında ixrac edilə bilən xam neftin azalması daxildir. Moskvanın 7,18 barel/ton çevirmə əmsalından istifadə etməklə hasilat mart-iyun ayları arasında gündəlik təxminən 360 min barel azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et