"Rusiyanın əsas neft şirkətlərinin kredit reytinqləri stabil qalacaq" | Banco.az

"Rusiyanın əsas neft şirkətlərinin kredit reytinqləri stabil qalacaq"

Qlobal neft bazarında COVID-19 pandemiyasının səbəb olduğu böhrana baxmayaraq, Rusiyanın əsas neft şirkətləri sayılan "Rosneft", "Lukoil", "Gazprom Neft" və "Tatneft"in kredit reytinqləri stabil qalacaq.

Bu barədə "Moody's Investors Service" şirkətinin araşdırmasında deyilir.

Qeyd olunub ki, əlverişli vergi sistemi və rublun zəif məzənnəsi şirkətlərə hazırda olan böhrana tab gətirməyə və 2021-2022-ci illərdə maliyyə göstəricilərini bərpa etməyə kömək edəcək. Bu ssenari 2020-ci ildə "Brent" markalı neftin orta qiymətinin 35 ABŞ dolları, 2021-ci ildə isə 45 dollar olacağı təqdirdə reallaşa bilər.

Xatırladaq ki, "Moody’s"in cari qiymətləndirməsinə əsasən, "Rosneft"in kredit reytinqini "Baa3" səviyyəsində (proqnoz "stabil"), "Lukoil", "Gazprom Neft" və "Tatneft"in kredit reytinqləri isə "Baa2" səviyyəsindədir (proqnoz "stabil").

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et