Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın iki ən böyük bankı “Sberbank” və “VTB” Hindistandakı filiallarında “xüsusi” rupi hesabları açıblar.
Banco.az xəbər verir ki, hesablar iki ölkə arasında ticarətdə rupidən istifadəni dəstəkləyəcək.
Sberbank artıq Hindistan Bankından lazımi icazələrin alınması ilə bağlı məlumat yayıb. Rusiya Mərkəzi Bankı bu addımı dollar və avrodan istifadənin hazırda riskli olması ilə əlaqələndirib.
Qeyd edək ki, “Sberbank” və “VTB” sentyabr ayında müştərilərə öz bəyanatlarında yuanla kredit imkanları təklif edəcəklərini açıqlayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!