Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək bir o qədər də asan prosedur deyil.
Banco.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib. Onun sözlərinə görə, ölkələr arasında daha öncə də bu və ya oxşar münaqişələr baş versə də, aktivlərin istifadəsinə dair əməliyyatlar həyata keçirilməyib. Bu prosedur özlüyündə daxili və beynəlxalq qanunlara uyğunlaşmağı tələb edir. Nazir həmçinin Britaniya hökumətinin bu məsələ ilə bağlı təklifləri diqqətlə nəzərdən keçirdiyini vurğulayaraq ölkəsinin Ukraynadakı münaqişəyə görə Rusiya tərəfinin cəzalandırılması ilə bağlı tələblər irəli sürəcəyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!