Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin mart ayında Rusiya neftinin ixracı 2020-ci ilin aprelindən bu yana rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri bildirib. Fevral ayı ilə müqayisədə Rusiya neftinin tədarükü sutkada 8,1 milyon barelə (üstəgəl 0,6 milyon), neft məhsulları isə sutkada 3,1 milyon barelə (üstəgəl 0,45 milyon) qədər artıb. Ötən ilin göstəriciləri ilə müqayisədə daşınmaların iki ilin ən yüksək həddinə çatmasına və ixrac gəlirlərinin 12,7 milyard dollara (ötən aydan əlavə 1 milyard dollar) yüksəlməsinə baxmayaraq, səviyyə 43 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!