Müəllif:Ayşən İmanova/Banco.az
2025-ci il yanvarın 1-dən Rusiyada əcnəbilər tərəfindən SİM kartların alınması proseduru sərtləşdiriləcək.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rabitə müqaviləsi yalnız rabitə salonunda şəxsən bağlana bilər və bir şəxs korporativ nömrələr də daxil olmaqla, 10-dan çox olmayan nömrə üçün qeydiyyatdan keçə bilər. Bundan əlavə, nömrə əldə etmək üçün fərdi şəxsi sığorta nömrəsi, Dövlət Xidmətləri hesabı və biometrik identifikasiya təsdiqi lazım olacaq.
Qeyd olunub ki, tədbirlər fırıldaqçılara və öz adlarına qeydiyyatda olmayan SİM kartları istifadə edən yanlış insanlara qarşı mübarizəyə yönəlib.