Rusiyada şəxsi sığınacaqlara təlabat kəskin artıb | Banco.az

Rusiyada şəxsi sığınacaqlara təlabat kəskin artıb

Müəllif - Aida İsaq, Banco.az

Sentyabrın 21-də Rusiyada səfərbərlik elan olunmasından sonra şəxsi bunkerlərə  (sığınacaq) maraq artıb.

Banco.az xəbər verir ki, bunu "BunkerHouse" layihəsinin təsisçisi Nikita Malejikin bildirib.

“Sentyabrın 21-dən sonra tələbatlar kəskin şəkildə çoxalaraq, saytımıza daxil olan müraciətlərin sayı 430% artıb".

Təxmini hesablamalara əsasən, belə bir obyektin tikintisi adətən 2-3 ay çəkir. Lakin istisna hallarda müraciət etdikdən bir gün sonra hazır olur. 

Sentyabrın sonunda rusların bu cür obyektlərə marağının artdığını "Spetsgeoproekt"in baş direktoru Danila Andreev də təsdiqləyib. Ancaq qeyd etmək lazımdır ki, qiymətlərin fərqliliyinə görə eyni zaman ərəfəsində cəmi bir neçə sifarişi təhvil vermək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

“Zirzəminin sığınacağa çevrilməsinin dəyəri 6-7 milyon rubl səviyyəsində dəyişir. Yeni obyektlər tikiləcəksə, bu zaman qiymət 15-20 milyon rubldan başlayır. Məsələn, 15 milyon rubl qarşılığında sahəsi 50 kv olan obyektin tikilməsi mümkündür" deyə Andreev qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et