Rusiyada şərabın qiyməti artacaq | Banco.az

Rusiyada şərabın qiyməti artacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiyaya NATO ölkələrindən gələn şərablara rüsumlar 200%-ə qədər qalxa bilər.

Banco.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərara təkanı Rusiya Şərabçılar Assosiasiyası verib.

Onlar  Gürcüstandan şərab üçün güzəştli idxal rüsumlarının tamamilə ləğv etməyi təklif ediblər. Bazar ekspertlərinin fikrincə, yerli şərabçılar daha çox satmaq üçün bu yolla rəqiblərindən qurtulmağa çalışırlar. Amma bu tədbir yalnız qiymətlərin artmasına və istehlakçı tələbinin azalmasına səbəb olacaq.

Qeyd edək ki, hazırda Rusiya rəflərindəki xarici şərabların 75%-i NATO ölkələrindəndir: İtaliya, İspaniya, Portuqaliya, Fransa, Bolqarıstan, Macarıstan, Gürcüstan və Moldovadan da ölkəyə şərab idxal edilir.

Ekspertlər hesab edir ki, əgər şərabçıların təklifi qəbul olunarsa, şərabın qiymətləri kəskin artacaq.

Azərbaycanda “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi məqsədilə çoxsaylı tədbirlər görülüb.  Əsas ixrac bazarımız Rusiya Federasiyasıdır. Şərab və şərab məhsullarımızın 80 faizi Rusiya Federasiyasına göndərilir. Bununla yanaşı, “Made in Azerbaijan” brendi ilə Ukraynaya, Belarusa, Orta Asiyaya, Polşaya, Niderlanda, Belçikaya, Fransaya, eləcə də Çinə, Yaponiyaya, Cənubi Koreyaya şərab ixrac edirik. Azərbaycan şərabları, az da olsa, İsrailə, ABŞ-a da satılır.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, ötən il Gürcüstan Azərbaycana 899,54 min ABŞ dolları dəyərində 177,8 min litr üzüm şərabı ixrac edib. 

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 238,38 min dollar və ya 36,05%, həcmi isə 7,05 min litr və ya 4,12% artıb.

2022-ci ildə Gürcüstan Azərbaycana 170,75 min litr üzüm şərabı ixrac edib ki, bunun da ümumi dəyəri 661,16 min dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et