Rusiyada dollar bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiyada dollar bahalaşıb

Rusiyada ABŞ dollarının məzənnəsi bu gün, aprelin 26-da kəskin yüksələrək 57 rubl səviyyəsinə yaxınlaşıb. Buna səbəb Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun açıqlamaları olub. 

Nazir bildirib ki, Rusiyanın kənd təsərrüfatı malları üçün dolların ən optimal məzənnəsi 60-65 RUB/USD diapazonudur. Dolların məzənnəsi son bir neçə saatda 1,4% artıb. 

Qeyd edək ki, dolların bahalaşmasına digər bir səbəb neftin ucuzlaşaraq 52 dollar/barelə enməsi amili göstərilir. Rusiya maliyyə bazarlarına sərmayə qoyan investorlar OPEC-in 25 may iclasında hasilatın azaldılması qərarının vaxtının uzadılmaması riskini gözdən keçirərək investisiyalarını azaltmaq istədikləri müşahidə olunur.

"Report"un analitik qrupu Rusiyada dolların məzənnəsinin 60 RUB/USD səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.

Mənbə: Report.az