Rusiyada Bankların kibercinayətkarlığa görə itkiləri nə qədər olmuşdur? | Banco.az

Rusiyada Bankların kibercinayətkarlığa görə itkiləri nə qədər olmuşdur?

Kiberhücum üzündən gün ərzində baş verən boşdayanma banka 50 milyon rubla başa gələ bilər. Positive Technologies araşdırma mərkəzinin “Təhlükəsizlik neçəyə başa gəlir” araşdırma sorğusunun gedişində Rusiya kredit təşkilatlarının 30%-i itkilərin həcmini bu gədər qiymətləndirmişdir.

Sorğuda iştirak edən digər banklar korporativ infrastrukturun işinin dayanması üzündən, başqa sözlə sistemin işinin imtinası üzündən 1 gün ərzində dəyən ziyanı belə dəyərləndirmişlər: sorğuda iştirak edənlərin 7%-i ziyanı 10-50 milyon rubl, 25%-i 2-10 milyon rubl aralığında, yerdə qalanların 38%-i dəymiş ziyanı 0,5-2 milyon rubl həcmində dəyərləndirmişlər.

Kiberinsident nəticəsində birbaşa maliyyə itkisi ilə yanaşı Positive Technologies domenin bütün resursunun sıradan çıxmasından sonra korporativ infrastrukturun bərpasına çəkilən xərcləridə hesablamışdır. Bankların 12%-i bərpa üçün 10-50 milyon rubl vəsait tələb olunduğunu, hər üç bankdan biri(33%) isə infrastrukturun bərpası məqsədilə 2-10 milyon civarında xərc çəkməyə hazır olduqlarını bildirmişlər.

Araşdırmada iştirak edən bir çox banklar informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə büdcə vəsaitlərinin artımı ilə seçilir və onlar bu məqsədlə 80-150 milyon rubl xərclədiklərini söyləyirlər. Müqayisə üçün bildiririk ki, maliyyə təşkilatlarının əksəriyyəti bu məqsədlə büdcələrini məhdudlamaqla 20-40 milyon rubl vəsait xərcləyirlər.

Araşdırma onu da üzə çıxarmışdır ki, bank sektoru yeganə sektordur ki, şirkətlərin 100%-i informasiya təhlükəsizliyin əsaslarını əməkdaşlarına öyrədirlər. Sorğuda iştirak edən bankların 53%-i bankların verilənlərin bazasının oğurlanmasını daim əsas təhdidlərdən biri olduğunu bildirmişlər.

Mənbə: digitalazerbaijan.az/