Rusiya vətəndaşlarının 44%-i ölkədə bank böhranı gözləyir | Banco.az

Rusiya vətəndaşlarının 44%-i ölkədə bank böhranı gözləyir

Rusiyada keçirilmiş sosial sorğu nəticəsində məlum olub ki, vətəndaşların 29%-i ölkədə bank böhranı gözləyir, 15%-i isə böhranın artıq başladığı qənaətindədir.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Sorğuda iştirak edənlərin 36%-i bankların böhranla üzləşmə ehtimalının az olduğunu bildirib, 4% respondent isə ümumiyyətlə böhranın ola biləcəyini istisna edir.

Ən sərfəli kredit üçün müraciət et

Sorğu nəticəsində o da üzə çıxıb ki, rusların 67%-i bir sıra bankların lisenziyasının ləğv edilməsindən xəbərdardır, 14% respondent isə bank sektorundakı vəziyyətlə daha detallı tanışdır.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev bəyan edib ki, ölkənin bank sistemində risk yoxdur və banklar stabil şəkildə fəaliyyət göstərir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et