Rusiya və Çin arasında yuan krediti üzrə danışıqlar aparılır | Banco.az

Rusiya və Çin arasında yuan krediti üzrə danışıqlar aparılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın maliyyə naziri Anton Siluanov Çinlə yuan kreditləri ilə bağlı danışıqlar apardıqlarını açıqlayıb.

Banco.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov Rusiya dövlət mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Maliyyə Nazirliyi çinli həmkarları ilə yuanla kreditin alınması imkanlarını müzakirə edib, lakin hələlik heç bir qərar verilməyib.

“Biz bu məsələni ötən ilin sonunda nazirliklərarası dialoqda müzakirə etmişik”, deyə nazir bildirib.

Siluanov əlavə edib ki, Moskva Çin və ya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə rəqəmsal valyutalarla ödənişləri sınaqdan keçirməyə hazırdır və tərəfdaşları ilə birlikdə bu ideyanı təbliğ edəcək. 

Nazir Siluanov Rusiyanın xaricdəki aktivləri ilə bağlı hər hansı addımın Moskvada simmetrik cavab alacağına dair mövqeyini təkrarlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Moskvanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra Avropa İttifaqı və G7 ölkələri Rusiya Mərkəzi Bankının təxminən 300 milyard avro (323 milyard dollar) dəyərindəki aktivini dondurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et