Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Türkiyədən pomidor idxalı kvotasını 350 min tondan 500 min tona yüksəldib.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi fərman imzalayıb.
Fərmana əsasən, Rusiyanın Türkiyədən idxal etdiyi pomidor kvotası illik 150 min ton artırılaraq 500 min tona çatdırılıb.
Xatırladaq ki, Rusiya 2022-ci ilin aprelindən etibarən Türkiyədən pomidor idxalı kvotasını 350 min tona çatdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!