Rusiya rublunun manata qarşı məzənnəsi üçaylıq maksimuma yüksəldi | Banco.az

Rusiya rublunun manata qarşı məzənnəsi üçaylıq maksimuma yüksəldi

Martın 16-da Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi üçaylıq maksimuma çataraq 0,0233 manat təşkil edib.

Sonuncu dəfə rublun manata qarşı məzənnəsi bu səviyyədə ötən ilin dekabrın 14-də olub (0,0233 manat).

Xatırladaq ki, 2020-ci ilin noyabrın 2-də Rusiya rublunun manata qarşı məzənnəsi yeddiaylıq minimuma enərək 0,0213 manat təşkil etmişdi. Həmin tarixdən rubl manata qarşı 9,4% möhkəmlənib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0292 manata enib, 1 türk lirənin məzənnəsi isə 0,2256 manata yüksəlib.

apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram