Rusiya Mərkəzi Bankı (RMB) "Regional kommersiya bankı" (RKB) və "Rosinterbank"ın lisenziyalarını geri çağırıb. Nəzarət orqanının bu qərarı bank fəaliyyətini tənzimləyən qanunvericiliyə və Mərkəzi Bankın qaydalarına riayət olunmaması ilə bağlıdır.
RKB aktivlərinin həcmi 2,9 mln. rubl olub bə bu göstərici ilə o, Rusiya bankları arasında 404-cü yeri tutub.
"Rosinterbank" isə bank sektorunda 68-ci yerdə qərarlaşıb. Bankın sonuncu maliyyə hesabatına əsasən, burada 55 mlrd. rubdan çox vəsait saxlanılıb. RMB-nin qərarı ilə sentyabrın 15-də "Rosinterbank"a müvəqqəti inzibatçı təyin edilib. Bu qərar dayanılı olmayan maliyyə vəziyyəti və kreditor və əmanətçilərinin maraqlarının təhlükədə olması ilə bağlı qəbul olunub. Həmin gün bankın müştərilərinə xidmət dayandırılıb.
Mənbə : Report.az