Rusiya ilə Hindistan arasında ticarət həcmi rekord səviyyəyə yüksəlib | Banco.az

Rusiya ilə Hindistan arasında ticarət həcmi rekord səviyyəyə yüksəlib

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ildə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 1,8 dəfə artaraq rekord həddə - 65 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə Hindistan Statistika Xidmətinin məlumatlarında bildirilib.

Hindistan Rusiya mallarının idxalının həcmini 60,1 milyard dollara, Hindistan məhsullarının Rusiyaya tədarükü isə 4 milyard dollara yüksəlib. Bu göstəriciyə görə, ölkəyə 100 milyard dollarlıq mal tədarük edən Rusiyanı yalnız Çin qabaqlayır.

Birləşmiş Ştatlar keçən il Hindistanın əsas ticarət tərəfdaşı olaraq qalıb. İki ölkə arasında ticarətin həcmi ilin sonunda 9% azalaraq 119 milyard dollar təşkil edib ki, bununla ABŞ birinci  yerdə qərarlaşıb. İlk üçlüyə  Çin (116 milyard dollar, mənfi 2 faiz) və BƏƏ (78 milyard dollar, mənfi 7 faiz) daxil olub. Rusiya dördüncü, ilk beşliyi isə Səudiyyə  Ərəbistanı tamamlayır (44 milyard dollar, mənfi 17 faiz).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et