Müəllif:Mehin Qasımova/Banco.az
Rusiya elektronika idxalçıları dollar və avro ilə alışdan imtina ediblər.
Banco.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Məlumata görə, əməliyyatlar rubl, yuan, dirhəm, von, donqdan vasitəsi ilə həyata keçirilib.
Xüsusilə, 2023-cü ilin ikinci rübündə əməliyyatlar üzrə ödənişlərin təxminən yarısı Çin yuanı ilə həyata keçirilib.
Qeyd olunur ki, bu, valyutanın sürətli dövriyyəsini təmin edir, həmçinin məzənnə fərqlərinə qənaət etməyə, hətta bəzi hallarda avadanlığın maya dəyərini aşağı salmağa imkan verir.
Xüsusilə qiymət artımı əməliyyat xərclərinə qənaət hesabına cilovlanır, çünki idxalçılar artıq rublu avroya və ya dollara çevirməyə ehtiyac duymurlar.
Bazar iştirakçılarının fikrincə, gələcəkdə alışlar kriptovalyutada da həyata keçirilə bilər:
"Kiçik satıcılar artıq bununla ödəyirlər, lakin böyük pərakəndə satış şirkətləri çətin ki, tezliklə bu növ ödənişlərə keçsinlər, çünki bunun üçün qanunvericilik bazası lazımdır".
Daha əvvəl Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya və Çin ikitərəfli ödənişlərdə dollardan istifadədən demək olar ki, tamamilə imtina ediblər. Üç il ərzində milli valyutaların istifadəsinin payını 20 faizdən 90 faizə çatdırıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!