Rüfət Aslanlının açıqlaması “AtaBank” və müştəriləri tərəfindən necə qarşılanıb? | Banco.az

Rüfət Aslanlının açıqlaması “AtaBank” və müştəriləri tərəfindən necə qarşılanıb?

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının 30 may 2017-ci il tarixində “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda etdiyi açıqlama “AtaBank” ASC və müştəriləri tərəfindən necə qarşılanıb?

“AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev suala cavab olaraq “Marja”ya aşağıdakıları dedi:

“Çox qısa bir müddətdə - 40 gün ərzində “Caspian Development Bank”ın “AtaBank”a birləşməsi prosesi uğurla yekunlaşdırılmışdır. Həssas bir dönəm keçirən bank sektorunun bir nümayəndəsi olan “AtaBank” ASC – nin birləşmə nəticəsində ortaya çıxan maliyyə göstəriciləri ilə tanış oldunuz. Belə ki, birləşmədən əvvəl də bank kiçik bank olmamış, 100 % - i yerli olan nizamnamə kapitalını cari il ərzində 20 milyon manat artıraraq, 70 milyon manata çatdırmış və bir çox göstəricilərə görə Azərbaycan bank sektorunda aparıcı mövqelərə malik olmuşdur. Ölkənin sivil bankçılıq tarixində baş vermiş bu təqdirəlayiq hadisənin, həm də belə qısa müddət ərzində başa çatmasında digər dövlət qurumları kimi, MBNP-nin da əvəzsiz dəstəyi danılmazdır”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et