Rublun real effektiv kursu 13,2% güclənib | Banco.az

Rublun real effektiv kursu 13,2% güclənib

Rusiya Bankının verdiyi məlumata əsasən,  cari ilin dörd ayı ərzində Rusiya rublunun real məzənnəsi 22,9% artıb. Rublun dollara qarşı məzənnəsi 13,8%, avroya qarşı məzənnəsi isə 14,5% güclənib.

Rusiya Mərkəzi Bankının ilkin hesablamalarına əsasən, aprel ayında Rusiya rublunun real effektiv kursu 13,2% (Rusiya Federasiyasının əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı, inflyasiyanı da nəzərə almaqla), son 4 ayda isə 22,9% yüksəlib. Bu barədə requlyatorun yaydığı materiallarda bildirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Rublun kursu necə formalaşır?

Rusiya rublu RF ərazisində hesablaşmaların həyata keçirilməsi üçün əsas rəsmi pul vahididir. Rusiya Mərkəzi Bankı tərəfindən rublun digər valyutalara qarşı məzənnəsi təyin edilir.  Digər valyutaların rubla qarşı məzənnəsi hər gün ( iş günləri) Mərkəzi Bank tərəfindən təsis edilir və növbəti təqvim günündən qüvvəyə minir və Mərkəzi Bankın valyuta kurslarına dair növbəti qərarına qədər qüvvədə olur. 

Ən sərfəli krediti almaq üçün müraciət et