“Rolex”in rəhbəri bahalı saatlara investisiya etməyin təhlükəli olduğunu bildirib | Banco.az

“Rolex”in rəhbəri bahalı saatlara investisiya etməyin təhlükəli olduğunu bildirib

Müəllif:Ayşən İmanova/Banco.az

İsveçrənin “Rolex SA” saat firmasının rəhbəri Jan-Frederik Düfur “NZZ” qəzetinə müsahibəsində bildirib ki, dəbdəbəli saatlara investisiya kimi baxılması təhlükəlidir.

Banco.az xəbər verir ki, Pandemiya zamanı investorların saatlara marağı artıb. Müsahibəsində Düfur, Rolex-in "xəyalları satdığını" söyləyib.

“İnsanların saatları səhmlərlə müqayisə etməsi mənim xoşuma gəlmir. Bu səhv siqnal göndərir və təhlükəlidir. Biz sərmayələr deyil, məhsullar istehsal edirik”, - Jan-Frederik Düfur  vurğulayıb.

Düfurun sözlərinə əsasən, saat istehsalı üçün xammalın dəyəri əhəmiyyətli dərəcədə artıb. Əgər 30 il əvvəl bir kiloqram qızıl istehsalçıya 18 min franka (19,9 min dollar) başa gəlirdisə, indi 66 min frank (72,9 min dollar) təşkil edir.

Rolex-in baş direktoru qeyd edib ki, bu, saatların bahalaşmasına təsir edir. Lakin, o əlavə edib, şirkət “bir xəyal satarkən” məhsulun maksimum qiymətinin harada olduğunu heç kim deyə bilməz.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Rolex”, “Patek Philippe” və “Audemars Piguet” saatlarının qiymətləri 2021-ci ildə və 2022-ci ilin əvvəlində görünməmiş səviyyədə yüksəlib. 2022-ci ildə İsveçrə saatlarının ixracı rekord səviyyəyə qalxaraq demək olar ki, 25 milyard frank təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et