Robotlar insan əməyi qarşısında məğlub olur | Banco.az

Robotlar insan əməyi qarşısında məğlub olur

San-Fransiskoda robotların işlədiyi restoranlar ard-arda bağlanmağa başlayıb. “Business Insider” yazır ki, bəlkə də, istehlakçılar yenə əvvəlki kimi onlara canlı insanların xidmət göstərməyini istəyirlər. Kofe şəbəkəsi “CafeX” ötən həftə ticarət nöqtələrini bağlayıb. Şəbəkə tamamilə avtomatlaşdırılmış kafeləri inkişaf etdirirdi. Orada bütün işi robotlaşdırılmış əl görürdü. “CafeX”in investoru amerikalı milyarder Piter Tildir (ən zəngin amerikalıların reytinq cədvəlində №363, sərvəti — 2,3 milyard dollar). İndi belə stansiyalar təkcə San-Fransisko və San-Xosedəki hava limanlarında qalıb.

Həmçinin oxu: Dünyada süni ət bazarı genişlənir - Satışlar 250% yüksəlib

2019-cu ilin iyul ayında “Eatsa”nın müəssisələri bağlanmağa başladı. Adıçəkilən avtomatlaşdırılmış stansiyalarda robotlar kinoa boulları hazırlayırdı. Qeyd edək ki, bu, məşhur vegeterian yeməyidir. “Business Insider” bildirir ki, şirkətin ciddi arenda problemləri var idi. Şirkət adını “Brightloom” olaraq dəyişdirdi və biznesi də başqa məcraya yönəltdi. Belə ki, restoranlar üçün texnologiyaların işlənib hazırlanması və proqram təminatına fokuslandı.

“Zume” startapı da restoran biznesini tərk etdi. “Zume”ın sərmayədarları arasında Dmitri Qrişinin “Grishin Robotics” fondu və yapon “SoftBank”ı da var. Startap pitsaların hazırlanmasında robot əməyindən istifadə edirdi. 2019-cu ilin noyabr ayından etibarən şirkət qida sənayesi üçün texnika istehsal edir. “BI” və ”Bloomberg”in məlumatına görə, yanvar ayında şirkət 400 əməkdaşını ixtisara salıb ki, xərcləri tamamilə azaltmaq mümkün olsun.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Süni intellekt insanları işindən məhrum edəcəkmi?

“Business Insider” vurğulayır ki, San-Fransisko restoranlarda texnologiyaların sınaqdan keçirilməsi üçün “ideal bazar” idi. Üstəlik, robotlardan istifadə olunması aşağımaaşlı kadr defisiti problemini həll etməyə imkan verirdi. Robotlar eyni zamanda yerli startaplara çox şey vəd edən texnologiyaları tətbiq etməyə şərait yaradırdı. Avtomatlaşdırma rutin və ağır işi robotlara təhvil verməyə, biznesin işçi qüvvəsinə çəkilən xərclərini azaltmağa və menyu qiymətlərini aşağı salmağa hesablanmışdı.

2018-ci ilin ortalarında fəaliyyət göstərməyə başlamış robotlaşdırılmış burger müəssisəsi olan “Creator” isə hələ də istehlakçılar tərəfindən rəğbət görür. Şirkətin investoru “Alphabet”dir. Bəlkə də, “Creator”un bazardan sıxışdırılıb çıxarılmamasının səbəbi orada robotlarla yanaşı insanların da işləməsidir. “BI” yazır ki, robotlaşdırılmış restoranların tənəzzül etməsinin müxtəlif səbəbləri ola bilər. Lakin, çox güman ki, birbaşa səbəb insanların özlərinə tamamilə robotların xidmət göstərməyinə hazır olmamasıdır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et