Risk dərəcəsi üzrə ölçülmüş aktivlər – balans aktivlərinin və balansdankənar öhdəliklərin hər birinin daşıdığı özünəməxsus risk dərəcəsinə əsasən qiymətləndirilmiş dəyəridir.
Bankların risk ölçülü aktivləri onların sahib olduqları və qiymət dəyişiminə uğraya biləcək aktivlərdir. Bu aktivlərdə qiymət dəyişikliklərinin əsas səbəbi faiz dərəcəsinin dəyişməsi, kreditin geri qaytarıla bilməməsi və bu kimi risklərdir.
Risk ölçülü aktivlər bankın daha çox gəlir əldə etməsinə səbəb olsa da, onun normadan çox olması bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər.
Banco.az olaraq bankların 2016-cı ilin ikinci rüb maliyyə göstəricilərinə əsasən riskli aktivlərinin həcminə və bu aktivlərin cəmi aktivlərində tutduğu yerə görə ilk üçlükdə olan bankları araşdırdıq.
Risk ölçülü aktivlərinin həcminə görə ilk üçlükdə olan banklar aşağıdakılardır:
Bank |
Risk ölçülü aktivlərin həcmi (min manat) |
Tarix |
Kapital Bank |
1 456 161 |
30.06.2016 |
Paşa Bank |
1 248 633 |
30.06.2016 |
Bank Silk Way |
633 215 |
30.06.2016 |
Lakin, “Kapital Bank” və “Paşa Bank”da risk ölçülü aktivlərin cəmi aktivlərdə yeri təqribən 60%-dir.
Risk ölçülü aktivlərinin ümümi aktivlərinin (balans aktivlərinin) böyük hissəsinə bərabər olan və hətta, balans aktivlərindən bir neçə dəfə çox olan bankları müəyyən etdik və ilk üçlükdə olan banklar aşağıdakılardır:
Bank |
Risk ölçülü aktivlərin həcmi (min manat) |
Balans aktivləri |
Risk ölçülü aktivlərin balans aktivlərinə nisbəti |
Bank Silk Way |
633 215 |
364 400 |
173,7% |
Ziraat Bankı |
161 849 |
112 978 |
143,2% |
Atabank |
485 410 |
486 749 |
99,7% |
Bütövlükdə, banklarda mövcud olan risk ölçülü aktivlərin həcmini öyrənmək üçün buraya daxil ola bilərsiniz.