Bankların riskli aktivləri nə qədərdir? | Banco.az

Bankların riskli aktivləri nə qədərdir?

Risk ölçülü aktivlər müəyyən bir risk daşıyan aktivlərdir.

Bu aktivlər əhəmiyyətli dərəcədə qiymət dəyişimi ilə üzləşə bilir. Belə tip aktivlərə səhmlər, uzunmüddətli və yüksək faizli istiqrazlar, qiymətli kağızlar, valyuta, daşınmaz əmlak və müxtəlif növ əmtəə və məhsullar daxil ola bilər.

Bankların risk ölçülü aktivləri onların sahib olduqları və qiymət dəyişiminə uğraya biləcək aktivlərdir. Bu aktivlərdə qiymət dəyişikliklərinin əsas səbəbi faiz dərəcəsinin dəyişməsi, kreditin geri qaytarıla bilməməsi və bu kimi risklərdir.

Risk ölçülü aktivlər bankın daha çox gəlir əldə etməsinə səbəb olsa da, onun normadan çox olması bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər.

Banco.az olaraq bankların risk ölçülü aktivlərinin həcmini araşdırdıq. Bankların ən son maliyyə məlumatlarına əsasən riskli aktivlərinin həcmi aşağıdakı kimidir:

Bank

Risk ölçülü aktivlərin həcmi (min manat)

Tarix

Kapital Bank

1 456 161

30.06.2016

Paşa Bank

1 248 633

30.06.2016

AccessBank

988 429

31.12.2015

Bank Silk Way

633 215

30.06.2016

Atabank

485 410

30.06.2016

Dəmirbank

438 236

01.09.2015

Bank of Baku

379 949

30.06.2016

ASB Bank

369 022

30.06.2016

Bank Respublika

358 158

30.09.2015

Azər Türk Bank

353 094

01.07.2015

Expressbank

325 426

31.12.2015

Turanbank

304 212

30.06.2016

Ziraat Bankı

161 849

30.06.2016

NBC Bank

142 023

30.06.2016

Bank Avrasiya

106 660

31.07.2016

Ən sərfəli kredit üçün müraciət et