Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı | Banco.az

Reytinq agentliyi Azərbaycanın xarici dövlət borcu ilə bağlı proqnozunu açıqladı

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 18,3% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə agentliyinin ölkə üzrə yeni icmalında bildirilir.

Agentliyin gözləntilərinə görə, 2021-ci ildə ölkənin xarici dövlət borcunun ÜDM-ə nisbəti builki proqnozla müqayisədə 0,6 faiz bəndi azalaraq 17,7% təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 19%-dən bir qədər aşağı olub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et