Təyyarə bileti aldığınız zaman diqqət etməli olduğunuz nöqtələr hansılardır? İlk növbədə qərar verməli olduğumuz şeyin oturacağınız yer oldiğunu düşünürəm, və daha çox şüşəyə yaxın bir oturma yeri seçərək pambıq kimi görünən buludları seyr etməyi seçənlər yəqin ki daha üstünlük təşkil edəcək
Amma uçuş zamanı,bütün dərdlərimizi unutduracaq bu gözəllik bir müddət sonra deyəsən lüks halına gələ bilər.
Çünki Emirates Hava Yolları pəncərəsi olmayan təyyarə dizaynına başlayıb. Təyyarədə pəncərədan imtina etmənin faydası pəncərəsiz təyyarə 50% daha ayüngüldür və daha az karbon emissiyasını həyata keçirir. Pəncərəsiz təyyarələrin bir dəhşətli qutu kimi olacağını düşünürsünüzsə, Emiratesin Windows sizin üçün düşündüyü alternativ bir yol var: belə ki, fiber optik kameralarla qeydə alınmış mənzərələr. Beləliklə, onların düşüncəsinə görə bu sayədə biz normal bir pəncərədən ətrafı seyr edirmiş kimi hiss edə biləcəyik. (Lakin süni olduğunu bilə-bilə ətrafı seyr edərkən necə həzz duyacağımızı biz də təxmin edə bilmədik.)
Emirates'in CEO'sunun BBC-yə etdiyi nüsahibəyə görə süni "rəqəmsal" pəncərələri hava nəqliyyatının gələcəyi olaraq görülür.
Zərərli qaz emisiyasının azalması, təyyarənin daha yüngül olması vəziyyəti sadəcə mükəmməl olaraq görülə bilər, ancaq hamımızın təyyarələrlə əlaqədar yaşadığı bəzi narahat edici vəziyyətləri göz ardı etsək belə, rəqəmsal ekranların hər hansı bir şəkildə səhv verməsi nəticəsində Klaustrofobiya* xəstəliyindən əziyyət çəkən sərnişinlər üçün hansı tədbirlər görüləcəyini də müzakirə etmək lazımdır.
Alman Aviasiya və Kosmos Mərkəzi Fizika İnstitutunun sədri Prof. Dr. Ulrich Schumann, hava nəqliyyatının, atmosferin istiləşməsi üzərində təsirləri olduğunu və hava nəqliyyatının qlobal istiləşmədə, insanların məsul olduğu nisbətin üç faiz kimi bir göstərici olduğunu vurğulayır. Yəni əslində qlobal istiləşmə adına gec görüləcək bir tədbir olsa da atmosferi daha az çirklətmək gələcəyimiz üçün hal-hazırda almağımız lazım olan bir məsuliyyətdir.
Klaustrofobiya - Qapalı yerlərdən qorxmaq fobiyasıdır. Klaustrofobiyası olan insanlar, lift və ya tunel kimi qapalı və qaranlıq yerlərdən panika vəziyyətinə düşürlər vəya lift kimi qapalı və dar məkanlarda, nəfəs ala bilməməkdən, boğumaqdan və orada ömürlük qalabilməkdən qorxurlar.