“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub | Banco.az

“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub

“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub

Banco.az-ın əldə etdiyi məlumata görə, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi.

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.

1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başlatmış, daha sonra 1997-2001-ci illərdə “Koçbank”-da Satış üzrə müxtəlif idarəedici vəzifələrində;

2001-2012-ci illərdə “Yapı Kredi Bank - Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışmışdır.

Ən sərfəli kredit üçün müraciət et

2012-2015-ci illərdə ‘’Yapı Kredi Bank – Azərbaycan’’da Baş Direktor (satış üzrə) olaraq fəaliyyət göstərmişdir.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et