Qlobal miqyasda təmiz enerji texnologiyasına investisiyalar artıb | Banco.az

Qlobal miqyasda təmiz enerji texnologiyasına investisiyalar artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya üzrə təmiz enerji texnologiyasına investisiyalar geniş vüsət alıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) “Dünya Enerji İnvestisiyaları 2023” hesabatından əldə olunan məlumata görə, dünya miqyasında neft və təbii qaz kimi qalıq yanacaq növlərinə illər boyunca sərmayə qoyan, istehsal həyata keçirən və paylanmanı icra edən şirkətlər artıq külək, hidrogen, karbon tutma və bioqaz texnologiyaları üzrə investisiyaları artırmaqla emissiyaları azaltmaqla yanaşı, investisiya sahələrini şaxələndirməyi hədəfləyir.

Xüsusən Avropada fəaliyyət göstərən bu şirkətlər öz portfellərinə bərpa olunan enerjini daxil edərkən, birləşmə və satınalmalar, eləcə də tərəfdaşlıqlar qurmaq və ya birbaşa investisiya üsullarından istifadə etməklə bu sahədə iştirak edirlər.

Ən sərfəli kredit üçün müraciət et

İlkin mərhələdə külək və günəş enerjisinə investisiya qoyuluşları həyata keçirən sözügedən şirkətlər daha sonra dəniz küləyi, hidrogen, karbon tutma və təmiz texnologiyalara diqqət yetirməyə başlayıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et