Müəllif:Mehin Qasımova/Banco.az
Qlobal iqtisadi artım 2024-cü ildə yavaşlaya bilər.
Banco.az xəbər verir ki,bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci brifinqdə bildirib.
"Bizim hesabatda 2023-cü ildə qlobal artımın 2,7% olacağı təsbit edilib. Lakin 2024-cü il üçün proqnozumuz 2,4%-ə endirilib", - o deyib.
Mukerci həmçinin qeyd edib ki, 2024-cü ildə inflyasiyanın “hədəf 2% səviyyəsinə” düşməsi lazımdır. Bununla belə, o, əlavə edib ki, dünya iqtisadiyyatı hələ də təhlükəli zonadan çıxmayıb və bu, tənəzzülə səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!