Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın enerji şirkəti “E.ON” Böyük Britaniyadakı rəqibi “Ovo”nu satın alır.
Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, satınalma prosesinin bu ilin ikinci yarısında başa çatdırılması gözlənilir.
Almaniya mərkəzli enerji şirkəti “E.ON” “Ovo”nu satın aldıqdan sonra ölkənin ən böyük enerji təchizatçılarından birinə çevriləcək.
Birləşmədən sonra şirkətin təxminən 9,6 milyon müştəriyə xidmət göstərəcəyi proqnozlaşdırılır.
Şirkətlər razılaşmanın detalları ilə bağlı açıqlama verməsələr də, satınalmanın dəyərinin təxminən 600 milyon funt sterlinq olduğu ehtimal edilir.
“E.ON”un Böyük Britaniya üzrə baş icraçı direktoru Chris Norbury satınalma ilə bağlı açıqlamasında bildirib ki, Böyük Britaniyanın enerji sistemini dəyişdirmək üçün mühüm imkan yaranıb. O qeyd edib: “Bu razılaşmanın mahiyyəti günəş enerjisi, batareyalar, elektrik avtomobilləri və bütün bunları uyğun şəkildə bir araya gətirmək üçün hazırlanmış pərakəndə modelini, eləcə də nəzarətin müştərilərdə olduğu bir sistemi formalaşdırmaqdır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
