Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın borc limiti böhranı ilə bağlı narahatlıqların səngiməsi qızılın qiymətinə mənfi təsir göstərib.
Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin ölkədəki borc limiti böhranına dair nikbin açıqlamaları təhlükəsiz aktivlərin cəlbediciliyini azaltdığı üçün qızıl üç həftənin ən aşağı səviyyəsinə yaxınlaşıb.
Belə ki, qiymətli metal əvvəlki iki seansa görə 1,7 faiz ucuzlaşdıqdan sonra təxminən 1980 dollara düşüb.
Hazırda spot qızılın bir unsiyası 1978 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!