"Qızılın qiyməti ilin sonuna qədər rekor yeniləyə bilər" | Banco.az

"Qızılın qiyməti ilin sonuna qədər rekor yeniləyə bilər"

Qlobal investisiya bankı Citigroup hesabatında, qızılın unsiyasının qiymətinin ABŞ-da keçiriləcək seçkinin riskilə əlaqədar olaraq il sonuna qədər rekord yeniləyəcəyini nəzərdə tutub.

Banka görə, 2020-ci il ABŞ prezident seçkiləri ilə əlaqədar qeyri-müəyyənliklər qiymətlərdə tam əks olunmayıb. Qızılın qiyməti 2020-ci ilin 4-cü rübündə rekordunu yeniləyə bilər. Qeyd edək ki, avqustda qızılın unsiyası 2000 dolları aşaraq rekord qırıb.

Hesabatda Demokratların namizədi Joe Bide-nin qələbəsinin infrastruktur sərmayələrinə görə gümüş üçün dəstəkləyici olacağı qeyd edilib. Donald Trump-ın yenidən seçilməsi ya da nəticəyə etiraz edilməsi vəziyyətində qızıl daha da bahalaşa bilər.

Hesabatda qeyd edilib ki, ABŞ-da faizlərin aşağı olması və bir neçə il ərzində faiz artırımı olmayacağı da qızılı bahalaşdırır. 

Citi, Comex qızıl qiymətlərinin 2021-ci ildə 2275 dollar olacağını nəzərdə tutur.

Bu dəqiqələrdə qlobal bazarlarda qızılın unsiyası 1888 dollardan ticarət olunur.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram