Qızıldakı "ralli" zəifləmə istiqamətində heç bir işarə göstərmir.
Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavi bu sanksiyalar nəticəsində Vaşinqton ilə diplomatik yolun "əbədi" bağlandığını bildirib.
ABŞ və İran arasında baş verənlər qlobal bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Qızılın unsiyasının qiyməti 1439.21 dolları görüb. Bu, 2013-cü ilin May ayından bəri ən yüksək qiymətdir.
Fed-in faiz endirəcəyinin gözlənilməsi ilə əlaqədar olaraq dollar ucuzlaşır. İnvestorların dollardan sürətlə çıxışı və qızıla yönəldikləri müşahidə olunur.
Qlobal kapital bazarı qeyri-müəyyənlikdən yaranmış qorxudan dolayı olduqca narahatdır. Bu qeyri-müəyyənlik "etibarlı liman" alışlarını artırıb.
Marja