Qızılın qiyməti aprelin əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyədədir | Banco.az

Qızılın qiyməti aprelin əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızıl aprelin əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-ın borc limiti böhranı ilə bağlı danışıqlardan əldə olunan müsbət yeniliklər və Fed rəsmilərinin sərtləşdirmənin başa çatmayacağına dair açıqlamaları ilə artıq  ikinci gündür ki, qızılın qiyməti ucuzlaşır.

Hazırda spot bazarda qızılın bir unsiyası 1957 dollara satılır.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bazar ertəsi axşam danışıqların növbəti raundundan sonra borc limiti ilə bağlı razılığa gələ bilməsələr də, danışıqları məhsuldar hesab edərək prosesi davam etdirəcəklərinə söz veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et