Qiymətli kağızlar bazarında yenilik tətbiq olunacaq | Banco.az

Qiymətli kağızlar bazarında yenilik tətbiq olunacaq

Bu sistemin üstünlükləri çoxdur.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısını almaq üçün əqdlərə onlayn nəzarət edəcək.

Bu barədə jurnalistlərə məlumat verən komitənin tədavülün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev 2015-ci ildə yaradılması və tətbiqi nəzərdə tutulan bu sistemin üstünlüklərindən danışıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda ticarətə onlayn nəzarət olunmadığından bir sıra manipulyasiyaların qarşısını almaq mümkün deyil. Odur ki, bu müasir sistemi tətbiq etməyi nəzərdə tuturuq. Bu sistem vasitəsilə ticarətə real vaxt rejimində nəzarət etmək mümkün olacaq. Məlumatlar daha dərindən təhlil ediləcək və qabaqlayıcı tədbirlərin gücləndirilməsinə şərait yaranacaq-deyə şöbə müdiri bildirib.

Oxu.Az